Discover

Topics

Tap.az - xidmətlər, avto, iş

Tap.az - xidmətlər, avto, iş version history

‹ General Info
Version 30
Updated 3 years ago
Changelog Yeniləmələr hazırdır! Bu dəfə biz:

- Elan yerləşdirmə formasını təkmilləşdirdik! Artıq tətbiqimizdə elan yerləşdirmək heç vaxt olmadığı qədər rahat olacaq!

- Saxta elan və telefon nömrələrinin qarşısını almaq üçün tətbiqə SMS-təsdiq funksiyasını əlavə etdik!

- Aşkar edilmiş bütün xətaları aradan qaldırdıq və tətbiqi işini daha da sürətləndirdik!

Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!
Version 29
Updated 3 years ago
Changelog Qələbə yeniləməsi!
Şanlı ordumuzun tarixi torpaqlarımızı işğaldan azad etdiyi bu sevincli günlərdə Tap.az tətbiqinin nişanına Azərbaycan bayrağının rənglərini əlavə etdik!
Zəfər bizimlədir! Qarabağ Azərbaycandır!
Version 28
Updated 3 years ago
Changelog Payız yeniləmələri davam edir!
Artıq sizə göndərilmiş linklərə keçid etdikdə
səhifələr brauzerdə deyil, bilavasitə Tap.az tətbiqində açılacaq. Təbii ki, əgər tətbiq cihazınıza quraşdırılıbsa. Quraşdırılıb, elə deyil? 🤔
Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!
Version 27
Updated 3 years ago
Changelog Payız yeniləmələri!
İndi bəyəndiyiniz və ya sizi maraqlandıran elanları "Seçilmişlər" siyahınıza əlavə etdikdə onlara istənilən cihazınızdan baxa biləcəksiniz. Bunun üçün sadəcə şəxsi kabinetinizə daxil olmağınız kifayətdir. Üstəlik, bundan sonra bir cihazdan digərinə keçdikdə seçilmiş elanlarınız itməyəcək və həmişə əlinizin altında olacaq ❤️
Xırda düzəlişlər və dəyişikliklər isə öz yerində! Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!
Version 26
Updated 3 years ago
Changelog Yayın son yeniləmələri!
Artıq elanları birbaşa tətbiqdə silə, redaktə edə və ya bərpa edə bilərsiniz. Bundan başqa, indi şəxsi kabinetinizdə elanlarınızı idarə etmək daha rahat olacaq. Bir sözlə, noutbuku çimərliyə aparmağa gərək qalmır :)
Xırda düzəlişlər və dəyişikliklər də öz yerində. Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!
Version 25
Updated 3 years ago
Changelog Qızmar yay yeniləmələri!
Bu dəfə biz elanlardakı fotoşəkil qalereyasının dizaynını yenilədik. Yeni dizayn ilə alıcılar məhsulun fotoşəkillərini daha rahat nəzərdən keçirə, satıcılar isə artan baxış sayı sayəsində məhsulu daha tez sata biləcək. Necə deyərlər, hamı xoşbəxtdir!
Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!
Version 24
Updated 4 years ago
Changelog Yeniləmələrlə - daha yaxşı!
Bu dəfə rahat istifadə edə bilməyiniz üçün tətbiqimizə bəzi düzəlişlər etdik. Bundan başqa, xırda xətaları aradan qaldırdıq. Əminik ki, xoşunuza gələcək :)
Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!
Version 23
Updated 4 years ago
Changelog Yeni ay, yepyeni yeniləmələr!
İndi tətbiq daxilində axtarış sizin üçün daha rahat olacaq. Üstəlik bildirişlərin alınması parametrlərini özünüz tənzimləməyəcək və sizin üçün aktual olan seçmə elan, xidmət və endirimləri görəcəksiniz.
Bütün bunlara xırda xətalar aradan qaldırılması və təkmilləşdirmə işlərini də əlavə edək - hazırdır!
Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!
Version 22
Updated 4 years ago
Changelog Bahar yeniliklər gətirir!
İndi sizin tətbiq daxilində öz pul kisəniz olacaq! Bu o deməkdir ki, siz balansınızı ödəmə terminalları və ya bank kartı vasitəsilə artıraraq xidmətlərin ödənişlərini rahat şəkildə edə biləcəksiniz!
Üstəlik, veb-saytımızda olduğu kimi tətbiqdə də elanlarınızı qruplaşdırdıq. İndi sizə lazım olan elanı çox vaxt itirmədən, asanlıqla tapacaqsınız!
Xırda xətalar aradan qaldırılması və təkmilləşdirmə işləri? Əlbəttə ki!
Geridönüşlərə görə çox sağ olun!
Version 21
Updated 4 years ago
Changelog Bahar öncəsi hazırlıq!
Bu dəfəki yeniləmələrlə biz tətbiqdəki xırda xətaları aradan qaldırdıq və onu təkmilləşdirdik!
İndi Tap.az tətbiqindən istifadə sizin üçün daha rahat olacaq!
Geridönüşlərə görə çox sağ olun!
Və çox sağ olun ki, bizimləsiniz!