Discover

Topics

İnsan Quranda

İnsan Quranda APK

İnsan Quranda APK

1.0 FreeByGajiyev ⇣ Download APK (5.01 MB)

In the human haqqinda Quraani Kərimdə

What's İnsan Quranda APK?

İnsan Quranda is a app for Android, It's developed by ByGajiyev author.
First released on google play in 6 years ago and latest version released in 6 years ago.
This app has 4K download times on Google play and rated as 4.91 stars with 82 rated times.
This product is an app in Books & Reference category. More infomartion of İnsan Quranda on google play
İnsan Quranda

1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir.
([Ya Məhəmməd!] Sənin Rəbbin mələklərə: «Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam», - dedikdə, mələklər: «Biz Sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsimi yaratmaq istəyirsən?» - söylədilər. Allah [onlara]: «Mən bildiyim şeyi siz bilmirsiniz!» - buyurdu.) (Bəqərə-30).
([Ey insanlar!] Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.) (Ənam-165).
2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür.
([Allah Adəmi yaratdıqdan sonra] Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları [həmin şeyləri] mələklərə göstərərək: «İddianız doğrudursa, bunların adlarını mənə bildirin!» - dedi. Onlar: «Sən pak və müqəddəssən! [Bütün eyb və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən» - dedilər. [Sonra] O: «Ey Adəm, bunların [kainatda mövcud olan əşyanın] adlarını onlara bildir!» -dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: «Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» - buyurdu.) (Bəqərə-31-33).
3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mənəvi] çatışmazlıqlar insanın təbiətindən qaynaqlanır.
([Ey Peyğəmbərim!] Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən [gələcək] nəsillərini çıxardıb onları özlərinə [bir-birinə] şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?» - soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!» - deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: «Biz bundan qafil idik».) (Əraf-172).
([Ya Rəsulum!] Allah tərəfindən qarşısıalınmaz gün [qiyamət günü] gəlməmişdən əvvəl üzünü düzgün dinə [islama doğru] çevir. O gün insanlar [haqq-hesab çəkildikdən sonra] bölük-bölük [iki dəstə] olarlar. [Möminlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər]). (Rum-43)

Mürtəza Mütəhhəri ByGajiyev Dini Kitabxana İslam Kitabxanası