Discover

Topics

Imam Əli (ə) həyatı - səsli

Imam Əli (ə) həyatı - səsli APK

Imam Əli (ə) həyatı - səsli APK

1.0.2 FreeByGajiyev ⇣ Download APK (24.49 MB)

Imam Ali (AS), his voice full offline version of the Internet is necessary

What's Imam Əli (ə) həyatı - səsli APK?

Imam Əli (ə) həyatı - səsli is a app for Android, It's developed by ByGajiyev author.
First released on google play in 7 years ago and latest version released in 4 years ago.
This app has 22.2K download times on Google play
This product is an app in Books & Reference category. More infomartion of Imam Əli (ə) həyatı - səsli on google play
İmam Əli (ə) Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmamışdan 10 il əvvəl rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlib. Atası Həzrət Əbu Talib, anası Fatimə binti Əsəddir. Rəcəb ayının 13-də cümə gecəsi Fatimə binti Əsəd ağrılar hiss etdi. Əbu Talib Qüreyş qadınlarından onun üçün kömək çağırmaq istədikdə bir nida ucaldı: ``Ey Əbu Talib, səbr et. Çünki nəcis əl Allahın vəlisinə toxunmamalıdır``. Fatimə binti Əsəd deyir: ``Sübh vaxtı bir nida eşitdim: ``Ey Fatimə, Bizim Evə gəl``. Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Harama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Harama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb: səmaya baxaraq belə dua etdi: ``Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam Ibrahimin kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et`` (Ibn Şəhraşub, ``Mənaqib``, c.2, səh.198-199. ``Biharül-Ənvar``, 35 c. səh.8-36).
Birdən orda olanlar gördülər ki, Kəbənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd (ə) içəri daxil oldu. Kəbənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allahın hikməti var (Irşad 1.c, səh.5). Fatimə binti Əsəd (ə) deyir: ``Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn Imranın anası və Isanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər: ``Əssəlamu əleyki, ya Vəliyullah``. Və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin viladətində də, yerinə yetirdilər. (O zaman) Fatimə binti Əsəd, Peyğəmbər (s) dünyaya gəldikdə iştirak etmiş və əhvalatı Əbu Talibə danışmışdı. Həzrət Əbu Talib qabaqcadan ona demişdi: ``30 il səbr elə, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq`` (Biharül-ənvar c.36, səh.6. ``Rövzətül-vaizin`` c.1, səh.81). Cümə günü Əli (ə) Kəbənin sağ küncündə qırmızı daşın üstünə günəş kimi saçdı. Kəbəyə ayaq qoyan kimi səcdəyə düşdü və əllərini səmaya qaldırıb buyurdu: ``Əşhədu ən la ilahə iləllah və ənnə Muhəmmədən Rəsulullah və əşhədu ənnə Əliyyən vəliyyu Muhəmmədin Rəsulullah, bi Muhəmmədin yəxtimullahun - nubuvvətə və bi yəxtimul vəsiyyətə və ənə Əmirul-muminin`` (Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Məhəmməd (s) Allahın rəsuludur. Əli Məhəmmədin vəlisidir. Məhəmmədlə nübüvvətlik, mənimlə isə vəsilik kamil və tamam olur. Mən möminlərin ərşiyəm) (Mənaqib, c.2, səh.198). Sonra buyurdu: ``Haqq gəldi və batil aradan getdi``. Mübarək vücudu bu torpağa qədəm qoyan kimi Kəbədə olan bütlər üzü üstə yerə düşdü, səmalar nurlandı, şeytan fəryad etdi: ``Vay olsun bütlərə və bütpərəstlərə``.

ByGajiyev Çərəkə Cerek Dualar Sesli dualar Azərbaycan Azerbaycan Gence Gəncə İmam Ehli Beyt Dini Kitabxana Dini Kitablar İslam qurani Kerim Quran Holy Quran İmam Sadiq (ə) İmam Sesli Kitablar Ramazan Oruc İftar İmsaq Qədr Qedr gecesi Namaz