Discover

Topics

Facemark.az

Facemark.az APK

Facemark.az APK

1.0.0.6 FreeFacemark.az ⇣ Download APK (2.67 MB)

What's Facemark.az APK?

Facemark.az is a app for Android, It's developed by Facemark.az author.
First released on google play in 7 years ago and latest version released in 6 years ago.
This app has 0 download times on Google play and rated as 5.00 stars with 6 rated times.
This product is an app in News & Magazines category. More infomartion of Facemark.az on google play
Azərbaycan iqtisadiyyatının azad inkişafı onun müstəqilliyi ilə həmyaşıddır. Qloballaşan dünyanın artıq bir çox tələbləri var ki, onlara uyğunlaşmaq və tələbə uyğun hərəkət etmək lazım gəlir. Orta təbəqənin əsas inkişafı məhz orta sahibkarlığın inkişafından asılıdır. Bu yolda isə şirkətlərin dadına marketinq çatır. Marketinq artıq bir elm sahəsi olmaqdan çıxaraq sənətə çevrilməyi bacarıb. Marketinq müştərini anlamaq, onun istəyinə uyğun hərəkət etmək sənətidir.
Azərbaycanda marketinq ilk öncə kiçik çaplı şirkətlərdə özünə yer tapdı, inkişaf etdi. Lakin çox keçmədi ki, böyük şirkətlər də dərk etməyə başladılar ki, nə qədər böyük olurlarsa-olsunlar, müştəri dəyişkəndir, o istədiyi vaxt "sizi qoyub gedə bilər". Xüsusən qlobal iqtisadi böhrandan sonra bir çox şirkətlərin tələb listində birinci yeri ixtisaslı marketinqyönlü kadrlar təşkil etməyə başladı. Sevindirici haldır ki, çox az zaman keçməsinə baxmayaraq şirkətlərin marketinq aktivliyi və onun keyfiyyəti ilbəil müsbət yöndə artmaqdadır. Buna Azərbaycanda marketinqin I mərhələsi də demək olar. I mərhələ daha çox görüb götürmə, eynilə tətbiq etmə kimi xüsusiyyətlər daşıyıb, daha çox uyğunlaşdırma kimi xüsusiyyətləri ehtiva edib. Marketinqin Azərbaycanda II mərhələsi ilə milli-mədəni dəyərləri daha dərindən öyrənən və onu müasir marketinq fəndləri ilə düzgün uyğunlaşdıran bir nəsil yetişməkdədir. Gələcəyə bu baxımdan ümidlə yanaşmaq olar. Lakin mənfi cəhəti ondadır ki, başqa sahələrdə olduğu kimi marketinqdə fərdiçilik, başqasının etdiyindən öyrənmək, düzgün yönə istiqamətləndirmək əvəzinə "babam mənə kor deyib, nə gəldisə, vur deyib" prinsipi ilə yanaşaraq fəaliyyət göstərənlər.
Bu və bunun kimi digər əksiklikləri aradan götürmək üçün bütün marketerlərin ortaq meydanı olan FACEMARK.AZ-ı açmaq qərarına gəldik. 21 oktyabr 2011-ci ildən saytımız rəsmi olaraq fəaliyyətə başlayıb.

Sloqanımız da çox sadədir: Marketinqin Üzü.