Discover

Topics

ELTV

ELTV APK

ELTV APK

1.1 FreeElnur ALIYEV ⇣ Download APK (3.49 MB)

EL TELEVISION COMPANY

What's ELTV APK?

ELTV is a app for Android, It's developed by Elnur ALIYEV author.
First released on google play in 4 years ago and latest version released in 4 years ago.
This app has 221 download times on Google play and rated as 5.00 stars with 12 rated times.
This product is an app in Entertainment category. More infomartion of ELTV on google play
“Yevlax TV MMC” 2 mart 2009-cu ildə yaradılmış, həmin ilin 17 iyul tarixində ELTV adı və loqotipi ilə yayıma başlamışdır. 10 may 2014-cü il tarixində “Region TV” şəbəkəsinin bir kanalına çevrilmiş və vahid proqram səbətinin tərkibində yerli yayımla fəaliyyətini davam etdirmişdir. 19 sentyabr 2016-cı ildən yeni yaradılan ARB (Azerbaijan Republic Broadcaster)-nin şəbəkəsinə və o cümlədən ARB Media Qrupa “ARB Aran” kimi daxil olmuşdur. Bir zamanlar sutkada 14-18 saat civarında yayımlanan “ARB Aran” kanalının indiki efir vaxtı 24 saatdır. Mərkəzi Aran bölgəsinə iki mənbədən - 24 və 59-cu tezliklərdə yüksək keyfiyyətli rəqəmsal yerüstü yayım aparılır. Kanalın əsas məqsədi yayımın əhatə dairəsində yerləşən rayon və şəhərlərin sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrin işıqlandırılması, əhaliyə göstərilən informasiya xidmətinin keyfiyyətinin yüksəldilməsidir. Ötən illər ərzində bu məqsədlə çalışan KİV kimi “ARB Aran” öz mövqeyini xeyli möhkəmləndirib. Telekanalın auditoriyasına bütün yaş kateqoriyasında olan tamaşaçılar daxildir. “ARB Aran” daim tamaşaçıların zövqünü oxşamağa çalışıb. Bu məqsədlə fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrda və rəngarəng səpgidə onlarla telelayihələr hazırlanıb. Şirkətin “Nəqliyyat və təchizat”, “Təsərrüfat”, “Texniki və efir buraxılışı”, “Layihələr” üzrə xidmət sahələri var. 2016-cı ildə yaradılmış “Aran Film Yaradıcılıq Mərkəzi” sənədli və bədii filmlərin istehsalı ilə məşğuldur. Hazırlanmış filmlər “ARB” şəbəkəsi və “ARB 24” kanalında efirə yayımlanır. Hazırda “ARB Aran” televiziyasında “Əsgər” verilişi şəbəkə yayımı üçün, “Bu səhər“ və “Bankir” verilişləri isə yerli yayım üçün istehsal olunur.

“ARB Aran” Mərkəzi Aran və Aran Qarabağ bölgəsindən ən son xəbərləri təqdim edir. Həftəiçi hər gün bölgənin ictimai-siyasi həyatında baş verənlər, ən mühüm hadisələr ARB-nin “Ölkə Xəbər” şəbəkə informasiya buraxılışında canlı telekörpü vasitəsi ilə gündəmə gətirilir. Təmas xəttinə yaxın ərazilərdən xüsusi reportajlar hazırlanır. Televiziyamızın istehsalı olan xəbərlər şirkətin rəsmi sosial şəbəkələrdə paylaşılır.

“ARB Media Qrup”un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixindən etibarən öz brendini “ARB” brendinə uyğun şəkildə yeniləyərək “ARB ARAN” olaraq fəaliyyətini davam etdirməkdədir.Hal-hazırda internet televiziyası olaraq fəaliyyət göstərir.