Discover

Topics

Atalar Sözləri

Atalar Sözləri APK

Atalar Sözləri APK

3.0 FreeByGajiyev ⇣ Download APK (3.62 MB)

Created by the people and for centuries the wise words of the motto of his life

What's Atalar Sözləri APK?

Atalar Sözləri is a app for Android, It's developed by ByGajiyev author.
First released on google play in 7 years ago and latest version released in 7 years ago.
This app has 21.3K download times on Google play
This product is an app in Books & Reference category. More infomartion of Atalar Sözləri on google play
Atalar sözü - xalqın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir

Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir.

Həqiqi mənada işlənənlər: "Doğru söz acı olar", "İş insanın cövhəridir", "Yaxşı dost qardaşdan irəlidir", "Çıxan can geri qayıtmaz".

Məcazi mənada işlənənlər: "Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz", "İlanın ağına da lənət, qarasına da", "İslanmışın yağışdan nə qorxusu", "Ağacı qurd içindən yeyər", "Qudurmuş köpəyin ömrü qırx gündür" və s.

Atalar sözlərindən yazılı ədəbiyyatda da geniş şəkildə istifadə olunur. Abbas Səhhətin "Yoxsulluq eyib deyil", Nəcəf bəy Vəzirovun "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Sonrakı peşmançılıq fayda verməz", Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin adları şifahi xalq ədəbiyyatından götürülmüşdür.

Tapmaca kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur.

Sən ağa, mən ağa,
İnəkləri kim sağa?

Hər nə yedin dadındır,
Hər nə verdin adındır,
Hər nə qaldı yadındır.

Yüz ölç,
Bir biç.

Açaram sandığı,
Tökərəm pambığı.

Bu günün işini sabaha qoyma.

İş insanın cövhəridir.

Kitab bilik mənbəyidir.

Ucuz ətin şorbasi olmaz.

Dünya'da nə qədər möcüzə varsa
Hər şey'dən uca durur məhəbbət. «Şimşad Rza»


İslam ByGajiyev Qurani Kərim Hədis Dini Milyoncu Azərbaycan Azerbaijan Gence Hədislər Ədəbiyyat Kitab Kitablar Azərbaycan Dilində Əsərlər Ayətul Kursu Milyoncu, Dini Milyoncu, 4 şəkil 1 cavab Dini sual Cavab oyunu Azan Çərəkə Məfatihul Cinan Dua Dualar Namaz Radio Mən Azərbaycanliyam Məşhurlar